XİN Qarakənd faciəsi ilə bağlı paylaşım etdi

Xarici İşlər Nazirliyi (XİN) Qarakənd faciəsi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında yazılıb.

Belə ki, “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümü ilə bağlı edilən paylaşımda deyilir:

“Bu gün Qarakənd kəndində baş vermiş faciənin 31-ci ildönümüdür. Erməni silahlı dəstələri tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulmuş helikopterdə Azərbaycanın görkəmli dövlət xadimləri, hökumət üzvləri, deputatlar və jurnalistlər də daxil olmaqla 22 nəfər həlak olub”.


Share: