Milimiz öndə – YENİLƏNİR + VİDEO

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda növbəti qol olub. 

Oxu.Az xəbər verir ki, millimiz hesabda önə keçib. 

Musa Qurbanlı 65-ci dəqiqədə fərqlənib. 

17:48

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Oxu.Az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

17:43

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab bərabərləşib.

Oxu.Az-ın məlumatına görə, 38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib – 1:1.

17:27

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab açılıb.

Oxu.Az-ın məlumatına görə, 25-ci dəqiqədə penaltidən fərqlənən Enis Bardi meydan sahiblərini önə çıxarıb – 1:0.

17:26

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Oxu.Az-ın məlumatına görə, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

16:10

Skopyedə yoldaşlıq oyununda üz-üzə gələcək Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri bəlli olub.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Şimali Makedoniya: 22.Damyen Şişkovski, 3.Stefan Aşkovski, 5.Nikola Serafimov, 6.Visar Musliu, 7.Elif Elmas, 8.David Babunski, 10.Enis Bardi, 13.Stefan Ristovski (k), 16.Boban Nikolov, 23.İliya Nestorovski, 24.Lyupçe Doriyev

Ehtiyat oyunçular: 1.Stole Dmitriyevski, 12.Kristiyan Naumovski, 26.İqor Aleksovski, 2.Todor Todoroski, 4.Kire Ristevski, 9.Boyan Miovski, 11.Yani Atanasov, 14.Darko Velkovski, 15.Eqzon Beytulay, 17.Valon Etemi, 18.Aqon Elezi, 19.Dorian Babunski, 20.Stefan Spirovski, 21.Martin Mirçevski, 25.Aleksandar Dimovski

Baş məşqçi: Blaqoya Milevski

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 4.Bəhlul Mustafazadə, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 5.Anton Krivotsyuk, 25.Rövlan Muradov, 26.Qismət Alıyev

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Share: