Xerson limanında Türkiyənin iki gəmisi zədələnib – FOTO

Xerson limanında mərmi partlaması nəticəsində Türkiyəyə məxsus iki gəmi qəlpələrlə zədələnib.

Bu barədə çərşənbə günü gəmilərdən birini idarə edən “Çakıroğlu Denizcilik” şirkətinin nümayəndəsi Hüseyn Çebi məlumat yayıb.

Onun sözlərinə görə, iki gəmi – “Ferahnaz” və “Tuzla” zədələnib.

Çebi bildirib ki, “Tuzla”da qəlpələr yanğına səbəb olub.

O, qeyd edib ki, “Ferahnaz” bir ilə yaxındır ki, Xerson limanındadır. Gəmi hərbi əməliyyatların başlaması nəticəsində orada qalıb.

Şirkət nümayəndəsi vurğulayıb ki, liman ərazisi atəşə tutulub, lakin Türkiyə gəmiləri hədəf olmayıb. Nəticədə yaranan zərər, lazım gələrsə, gəmilərin öz gücü ilə hərəkət etməsinə mane olmur.

Şirkət ekipaj üzvləri arasından mümkün zərərçəkənlər barədə heç bir məlumat almayıb.

Mənbə: TASS

Share: