XDND idarəsinin bosmanının iki dənizçi – döyüşçü oğlu

AXDG QSC XDND-ni veteran işçisi, “Hövsan” gəmisinin bosmanı İsrafil Əliyevin hal hazırda iki oğlu cəbhədədir. Düşmən üzərində parlaq qələbəmizə qədər cəbhənin müxtəlif bögələrində düşmənə ləyaqətlə cavab veriblər.

Müstəqil.Az-a bu haqda “Azərbaycan” kran gəmisinin böyük mexanniki, qazilərimizin həmkəndlisi Şamo Qədir oğlu Hacıyev məlumat verib.

O bildirir ki, İsrafilin böyük oğlu Ziya da atası ilə birlikdə XDND də işləyir. Sentyabrın 27 müharibə başlayan kimi səfərbərlik idarəsinə müraciət edib və bu ilin 18 oktyabrında nəhayət silaha sarılıb.

Ziya İsrafil oğlu  1986- cı ildə Ucar rayonun Məlikballı kəndində anadan olub. Bir saylı kənd tam orta məktəbin 11 sinifini bitirib. 2006- cı ililin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb, 2008 ci ilinnyanvar ayında hərbi xidməti bitirib. 2016- cı ildən AXDG QSC nin XDND idarəsində  kranmeystr köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.  2020- ci il oktyab ayının 18-də könüllü olaraq vətən torpaqlarının müdafiəsinə yollanıb.

Ziyanın döyüş yolu Cəbrayıl, Qubadlı, Zəngilan,   Laçın rayonun  kəndləri, Xocavənd və Xocalı rayonlarnın kəndələrindən keçib. Bu ərazilərin azad olunmasında   iştrak edib. Dənizçi-əsgər döyüş yoldaşları ilə birlikdə hazırda  Cəbrayıl rayonunun ərazisində komandanlığın yeni əmrini gözləyirlər. Göstərdiyi igidliyə və döyüş bacarığına görə Ziyaya gizir rütbəsi verilib. Ziya Ailəlidir iki övladı var.

İsrafil bosmanın ikinci oğlu Seymur 1998 cı il doğumludur. Ucar rayonunun. Məlikballı kəndində anadan ola döyüşçümüz həmin məktəbin tam orta məktəbin bitirdikdən sonra 2014-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016- cı ildə çavuş rütbəsiynən ordudan təxris olunub. 2020-s ilin sentyabr ayının 29 -da könüllü olaraq vətən torpaqlarının müdafiyəsinə yollanıb. Suqovuşan , Talış kəndi və Kəlbəcər rayonunun azad olunmasında iştrak edib. Düşmənin onlarla canlı qüvvəsinin, istehkamlarının postlarının məhv edilməsində xüsusi olaraq fərqlənib. Hal hazırda cəbhədədir.  Subay və işsizdir.

Müstəqil.Az

Share: