Xarkovda Rusiyanın kəşfiyyat qrupu ələ keçirildi

Ukraynanın Xarkov şəhərində Milli Qvardiya hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib. Bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.

Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd – 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.

 

Share: