Xankəndində Qarabağı Ermənistan ərazisi kimi göstərən fleşmob keçirildi-FOTO

Azərbaycanın işğal altındakı Xankəndi şəhəri ərazisində sülənən erməni gənclər Qarabağla Ermənistanın “birliyi”ni əks etdirən fleşmob təşkil edib.
Müstəqil.AZ Moderator.az-a istinadla xəbər verir ki,  bu haqda separatçı nəşrlər məlumat yayıb. Qondarma terrorçu rejimin müxtəlif  “ali məktəb”lərindən 450-yə yaxın  erməni tələbənin qatıldığı və “iki dövlət- bir vətən” adlanan  fleşmob vasitəsilə Azərbaycanın işğal altındakı torpaqlarının xəritəsi Ermənistan xəritəsi ilə birləşmiş formada təsvir edilib.
P.S. Bu gün  artıq 26-28 ildir ki, işğal altındakı Azərbaycan əraziləri de-fakto  Ermənistana birləşdirilib. Bunu həmin torpaqlarda 26-28 yaşlı yeni erməni nəslinin formalaşması da təsdiqləyir. Həmin erməni gənclərin o Azərbaycan torpaqlarını öz doğma vətənləri hesab etməsi də faktdır. Və bu ədalətsizliyə dünya birliyindən öncə özümüz dözürük…
Müstəqil.Az
Share: