Xalqın sözünü deyən kanal gəlir: “Problemləri göstərəcəyik !”

May ayının 28-də Azərbaycanda yeni internet televiziya fəaliyyətə başlayacaq. “LAF TV” adlanan telekanalın təsisçiləri isə tanımış telejurnalistlər Ləman Ələşrəfqızı və Afət Telmanqızıdır.

Yeni layihə haqqında Afət Telmanqızı “Sherg.az”a müsahibə verib.
-Yeni internet televiziya təsis etmisiniz. İstərdik bu haqda ətraflı məlumat verəsiniz. İlk təşəbbüs kimdən gəldi?
-İlk təşəbbüs özümüzdən-mən və həmkarım Ləman Ələşrəfqızıdan gəldi. TV mayın 28-də Cümhuriyyət Günündə yayında olacaq. Artıq texniki işlər başa çatıb. İnternet TV-də “Ülgüc xəbər” adlı proqramımız olacaq. Günün aktual, siyasi, iqtisadi hadisələri ilə bağlı müsahibələr, fərqli baxışlar proqramımızda yer alacaq.
– LAF TV-nin əsas prioritetləri nələr olacaq?
-Əsas prioritetimiz sosial problemlərdir.  “Ülgüc xəbərdə” gündəmin sosial problemlərinə diqqət çəkəcəyik.
-Bu günə qədər fəaliyyət göstərən kanallardan nə ilə fərqlənəcəksiniz?
-Fərq odur ki, biz xalqın sözünü deyib, problemlərini göstərəcəyik.
-Hansısa tanınmışları televiziyanıza cəlb etməyi düşünürsünüz?
-Hələ ki, televiziyamız iki nəfər və texnik işçilərdən ibarətdir. Gələcəkdə yəqin ki, sıralarımız genişlənəcək.
Müstəqil.Az
Share: