Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş tədbir keçirildi.

7 avqust 2022 ci ildə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Dirili Qurbani məclisinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Dirili Qurbani Məclisinin sədri Yusif Dirili açdı. Dirili Qurbaninin ”Bənövşə” şeirini söylədi. Daha sonra sözü Dirili Qurbani məclisinin elm bölməsinin rəhbəri Tariyel Abbaslıya verdi. Tariyel Abbaslı Qurbani məclisinin uzun müddətli fəaliyyətində neçə-neçə şairlərin həyat və yaradıcılığının işıqlandırıldığını, bu gündə Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinin qeyd olunduğunu bildirdi.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazi yaradıcılığından və onun xüsusi önəmindən danışdı. Sonra Dirili Qurbani Məclisinin təşkilat işləri üzrə rəhbəri Malik Əhmədoğlu, ”Nur Ocağı Ədəbi Məclisi”, şairlərdən Səadət Buta, Aqşin Ağkəmərli, Südabə İrəvanlı, Tahir Şirvanlı, Əzizə Ağahüseynqızı, Nəcibə İlkin, Şərqiyyə Süleymanova, Qəzənfər Məsimoğlu, Mənsurə Qaçayqızı,Firudin Şahbuzlu, Tahir Bağırov adına 59 saylı məktəbin şagirdləri Hafiz və Sultan , Nəzakət xanım, Arzu xanım çıxış edərək xalq şairinin yaradıcılğından söhbət açdılar.

 

Müstəqil.az

Share: