Xalq artistləri işdən qovuldular

Dmitri Nazarov və həyat yoldaşı Moskva İncəsənət Teatrından qovulublar.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın xalq artisti Dmitri Nazarov və onun həyat yoldaşı, Rusiyanın əməkdar artisti Olqa Vasilyeva Moskva İncəsənət Teatrından qovulublar. Bu barədə teatrın ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Vadim Vernik Çexov bildirib.

Vernik bildirib ki, Nazarovun teatrın bədii rəhbəri Konstantin Xabenski ilə söhbəti olub və nəticədə sənətçilərin işdən çıxarılması barədə qərar qəbul edilib. O, başqa təfərrüatları açıqlamayıb.

“Moskovski komsomolets” isə yazıb ki, Nazarov Ukraynadakı hərbi əməliyyatlarla bağlı açıq açıqlamalarına, habelə aktyorun “anti-Rusiya əhval-ruhiyyəsinə” görə işdən çıxarılıb. Nazarov özü də jurnalistlərə bu barədə heç nə bilmədiyini və Xabenski ilə işdən çıxarılmasını müzakirə etmədiyini deyib.

Share: