Xalq artisti Emin Ağalarov: “Sən möhtəşəmsən!”

Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanı doğum günü münasibəti ilə təbrik edib.

Kulis.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında həyat yoldaşıyla çəkdirdiyi şəkillərdən ibarət videomaterial paylaşıb.

Xalq artisti: “Doğum günün mübarək, məhəbbətim. Mən bacardığım qədər səni planetin ən xoşbəxt insanı etməyə çalışacağam! Sən möhtəşəmsən”, – qeyd edib.

Qeyd edək ki, cütlüyün Afina adlı qız övladı var.

Share: