Xalq artisti Ağadadaş Ağayevi tənha evdə yaşamağa vadar edən Səbəb …

“Space” telekanalının “Hər səhər” proqramının qonağı olan xalq artisti Ağadadaş Ağayev həyatı ilə bağlı bir çox maraqlı məqamları açıqlayıb. Başına gələn əhvalatlardan söz açıb:

“Həyətimizdə böyük tut ağacı vardı. Atam onun altına uzun bir masa qoymuşdu. O zaman moskovski konfetlər, böyük samovar da qoyurduq masanın yanına. Həmişə qaynayırdı. Yuxudan duranda görərdim həyət damla doludur. Əvvəl o mənzəri yaşamaq bir qədər çətin idi. Çünki həmin rejimə alışmamışdıq. Atam məni yuxudan oyatmasınlar deyə həyətdə çay içmək üçün şərait yaratmışdı. Çünki axşam yenə də oxumalı idim. Həmişə səhərə yaxın gəlib yatırdım. İstirahət olmayanda isə səs işləmir. Rəhmətliklər də həmişə deyərdilər ki, bir az yatsın yorğundur. Lakin gördük bununla məsələ həll olunmur. Anama deyirdim ki, evdə olmadığımı söyləsin. Anam dedi ki, bunu mən deyə bilməyəcəm. Gördüm çarə yoxdur gedib əmimgildə yatdım. Amma orada da gəlib tapdılar. Bibimgildə yatdım, başqa kənddə gedib yatdım yenə də tapdılar.
Axırda bir qadın var idi, dünyasmını dəyişmişdi. Evi qalmışdı, xarabalıq kimi bir yer idi. Həyətini də alaq basmışdı. Bir gün iməcilik təşkil olundu və oranı təmizlədilər. Yataq qoydurdum. Gedib orada yatırdım. Heç kimin ağlına gəlmirdi. Qonşular da bilmirdi. Həmin həyət evimizin arxasında idi. Bir gün birinci katib İbrahim Qurbanovun oğlu gəlib anamdan soruşdu ki, Ağadadaş hardadır. Anam da deyir ki, ay bala vallah evdə yoxdur. Rahat and içə bilir artıq. Yerimi də soruşanda deyir ki, toydan gəlib heç bilmirik hardadır. Həmin adam anama qayıdıb birinci katibin oğlu olduğunu deyib. Atam da həmin vaxt baş mühasib işləyirdi. Anam fikirləşib ki, birdən atama zərər gələr, necə yox deyim. Yerimi göstərdi”.

“Anam məni həmişə qardaşımın adı ilə çağırardı” –  Onun sözlərinə görə, bir gün anası ona Səadət deyə müraciət edib: ”

Qayıtdım, ana, Hakim dedin dözdüm. Day bu qədər də olmaz”

Verilişdə izləyicilər Nadir Qafaqzadənin iştirakını istəyiblər. Aparıcı Anar onun dəvət olunacağını elan edəndə isə, A.Ağayev buna etiraz edib: “Nadiri verilişinə çağırma. Səbəbini özü bilir”.

Müstəqil.Az
Share: