Xaçmazda KAMAZ yaşlı velosipedçini vurub öldürüb

Xaçmaz rayonunun Çinartala kəndi ərazisində velosipedçini avtomobil vurub.

-nın Şimal bürosu xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan KAMAZ markalı yük avtomobili velosipedçi 74 yaşlı Mirzəyev Sədyar Qaraxan oğlunu vurub. Nəticədə S.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda fakt araşdırılır.

Share: