Xaçmazda 45 yaşlı kişi ailə münaqişəsi zamanı özünü bıçaqladı

Xaçmaz rayonunda 1977-ci il təvəllüdlü Kərimov Namik Arif oğlu özünə bıçaq xəsarəti yetirib.

“Report”un xəbərinə görə, N.Kərimov ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.

Yaralı yaxınları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: