X-XI siniflərdə əyani tədris nə zaman bərpa oluna bilər? – RƏSMİ

“X-XI siniflər üçün əyani tədrisin bərpası koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdən asılıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu məsələyə Novruz bayramından sonra yoluxma sayı ilə bağlı rəqəmlər açıqlandıqdan sonra baxılacaq.

“Xahişim odur ki, heç kim yayılan şayiələrə inanmasın. Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər rəsmi mənbələrin məlumatları əsasında öz fəaliyyətinizi planlaşdırın”, – deyə nazir əlavə edib.

 

 

Müstəqil.Az

Share: