Xəzərdə dalğanın hündürlüyü 6 metri ötdü – Nazirlik

18:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb.

Nazirlik əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyyə edib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Şimal-qərb küləyi arabir Bakıda 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə, Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,3 metrə çatıb.

Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb

Share: