Xəzər rayonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirildi — Fotolar

10 mayda Xəzər rayonunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə və idarə – müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi  haqda geniş məruzə ilə çıxış edib. 

Sonra ulu öndər H.Əliyevə həsr olunmuş “Əsrin adamı” sənədli filminin nümayişi olub.

Tədbirlərin davamı olaraq Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına istirahət parkında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bədii musiqili konsert proqramı və möhtəşəm atəşfəşanlıq keçirilib.


Share: