Xəzər dənizində Rusiya gəmiləri toqquşdu — Yaralılar var

Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, – məlumatda deyilir.


Share: