Xəzər dənizində 130-a yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahilində 130-a yaxın ölü suiti tapılıb.

xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Heyvanların ölüm səbəbi hələ müəyyən edilməyib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılmışdı

Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilmişdi

Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatı idi.

Share: