Xəyanətkar arvadla necə davranmalı? – Ruhanilər cavab verdi…

Tacikistanın Uləmalar Şurası xəyanətdə suçladığı həyat yoldaşı ilə necə rəftar etməyi bilmək istəyən Ömərcan adlı bir gəncin məktubunu dərc edib.
Moderator.az  xarici İslam saytlarına istinadla xəbər verir ki,  məktubda Ömərcan, arvadının yad kişilərlə ünsiyyətindən şübhələndikdə  telefon vasitəsilə talaq(boşanma) verdiyini yazıb. İndi bu vəziyyətdə olsa da, o, üç uşaq naminə ailəsini bərpa etmək istəyir.
“Bir dəfə o, həyat yoldaşını başqa bir kişi ilə ünsiyyətinə şahid olduqdan sonra bağışlayıb. Buna baxmayaraq xanımı bir neçə il sonra yenidən naməhrəm kişilərlə  ünsiyyətini davam etdirib. Bu barədə məlumatı öyrənəndə qəzəbli Ömərcan telefonla  “min bir dəfə talaq”-deyərək  arvadına boşanma verib. İndi gənc adam Tacikistan Uləmalar Şurasından soruşur ki,  uşaqlarını  tərbiyə ettmək üçün keçmiş həyat yoldaşı ilə yenidən birgə yaşaya bilərmi..” -Üləmalar Şurasının açıqlamasında belə deyilir.
Ekspertlər Ömərcana İslam Mərkəzinə müraciət etməyi tövsiyə ediblər. Çünki bu iş üzrə tövsiyə üçün əlavə məlumatlara da ehtiyac var.
Statistikaya görə, 2017-ci ildə Tacikistanda gənc ailələrin boşanma sayı əvvəlki illə müqayisədə 19%  artıb. Psixoloqların fikrincə, boşanmanın əsas səbəbləri miqrasiya, ər-arvad arasındakı güvənsizlik və sosial vəziyyətdir.

Share: