Xətai rayonunda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: