Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının hesabat yığıncağı keçirilib

Kanal 20 TV xəbər verir ki, 28.12.2023-cü il tarixdə Xətai rayonunda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin Qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının hesabat yığıncağı keçirilmişdir.

Hesabatda Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İcrimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon prokurorunun müavini Şükran Məmmədov, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Nicat Quluzadə,  rayon Polis İdarəsinin Növbətçi Hissənin rəisi Elşad Cəfərov, Dövlət Təhlükəsizlik Xidmətinin Xətai rayon İdarəsinin Əməliyyət Şöbəsinin əməkdaşı  Elçin Abbasov, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Fəxrəndə Firudinli, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev iştirak etmişlər.

Hesabatda 2023-cü il ərzində görülmüş işlər barəsində məlumat verilmiş, statistik rəqəmlər təhlil edilmiş, komissiya üzvləri ilə birgə müzakirələr aparmışdır.

Share: