Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Xətai rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.

“Report”un məlumatına görə, olay 8 Noyabr prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Aslanov Elnur Fəxrəddin oğlu müxtəlifdərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: