Xətai rayon VHP-nin Xətai rayon təşkilatı Məclisinin növbəti iclası

Müstəqil.Az xəbər verir ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərəragahında  Xətai rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.

Rayon təşkilatnın sədri Kəmalə Səfərli təşkilatın fəaliyyəti, görülən işlər haqqında geniş məlumat verib.
Məslisin iclasında iştirak edən VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli çıxış edərək ölkədə baş verən siyasi olaylar, ölkədəki sosial iqtisadi vəziyyətdən danışıb. O çıxışında son günlər Qarabağın tam şəkildə separatçılardan azad olunması, Xankəndidə keçirilən hərbi paradın böyük bir tarixi hadisə olduğunu qeyd edərək VHP-nin bu prosesdə hər zaman olduğu kimi dövlətin yanında olduğunu qeyd edib.
Bir 8 nəfər şəkili ola bilər
Çıxış ətrafında məclis üzvləri müzakirələr aparmış eyni zamanda ölkədəki sosial durum, gələn ilki büdcə ilə bağlı fikirlərini bildirmişlər.
Sonda təşkilati məsələlərə baxılıb. 2 nəfər üzvlükdən xaric edilib, 27 nəfər üzv qəbul olunub.
Müstəqil.Az
Share: