Xəbərdarlıq: Şahmat taxtasındakı Azərbaycan

Amerika Birləşmiş Ştatlarının Orta Asiya və Qafqaz siyasətində yeni yanaşmalar ortaya qoyuldu.

Araşdırma materiallarında oxuyuruq ki, dnüya xəritəsi yenidən cızılacaq və bunun üçün təkcə Vaşinqtonda, Mərkəzi Kəşfiyyat İdarəsinin yerləşdiyi ətazidə – Pensilvani 100-də yeni xəritəçəkmə insitutları açıldı (RF-nın bütün bunlara adekvat cavabı olaraq, ölkənin MEA-da 100 kiçik elmi-tədqiqat mərkəzləri yarandı. Bütün bunlar Prezident A.V.Putinin elm, təhsil və xarici kəşfiyyat sahəsində ən ciddi strateji uğurlarından biri hesab olunur).

Araşdırma materiallarına görə (biz Azərbaycanı öz ölkəmizi götürürük) Azərbaycan ictimai-siyasi mühiti, aparılan və “İnsani-mənəvi, psixoloji münasibətlərin yeni səhifələri” adı atında xarici kəşfiyyatın araşdırdığı məsələlərlə bağlı 172 səhifəlik Pentaqon tərəfindən hazırlanmış sənədlər Orta Asiya respublikalarının, eləcə də digər qonşu dövlətlərin rəhbərlərinə göndərilib. Sənədlərdə mühüm bir xətt var – Orta Asiya respublikalarını Azərbaycana qarşı qoymaq. Amma alınmır. (Bu işdə Vaşinqtondakı Erməni Assambleyası əsl mənada canfəşanıq edir. Artıq məlumata görə olmayan, qondarma Artsax ərazisində “Erməni soyqırımı muzeyi” təşkil edilib (?) “Ermənistan və DQ” – adlı albom dərc olunub. Onun müəllifləri erməni diplomatları Armen Kirokosyan və Vardan Varseqyandır. Başdan-ayağa cəfəng olan bu kitab 20 min nüsxə ilə təkrar çap olunub).

Cibində “Asala” erməni təşkilatının biletini gəzdirən (səhv etmiriksə N-21416) erməni İşxanyan qondarma Artsax Parlamentinin sədri seçilib (?)…

Digər məlumatlara görə Azərbaycan-Türkiyə münasibətləeini araşdırmağa, iki qardaş ölkəni qarşı-qarşıya qoymağa cəhd edən “Mərkəz” adlı erməni təşkilatı artıq fəaliyyətə başlayıb.

Lakin dünya ölkələrinin rəhbərləri yaxşı bilirlər ki, T.Ərdoğanın təkrar prezident seçilməsində Azərbaycan nə qədər sevinib. Onun seçilməsi həm də Azərbaycan Prezidenti İlham Əliyevin müdrik düşüncələri və düşmənə qarşı sərt addımlarıdır.

Fikrimcə Azərbaycan Diplomatiyasında ayrı-ayrılıqda Orta Asiya regionları ilə bağlı yeni strateji mərkəzlər açılmalıdır. O, mərkəzlərdə hər şey yenidən qurulmalıdır.

Məlumata görə Pentaqon (ABŞ) “Müstəqil və getdikcə güclənməkdə, qurulmaqda və gözəlləşməkdə olan “Azərbaycan” adlı Şahmat Taxtasını artıq dağıdıb. Və sonra məndən generallarımızdan biri soruşdu:

– Yəni, “Asala” “Daşnaksütyun” Qarabağda olub?..

– Olub – dedim cənab general, olub…

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: