Whatsappın bu yeniliyi vasitəsilə dostlarınızın yazışmasını görə bilərsiz…

Vatsap istifadə edən “iOS” mobil əməliyyat sistemli smartfonlarda kontaktların aktivliyini görə biləcəyiniz xüsusi mobil proqram istifadəyə verilib.

Müstəqil.az xəbər verir ki, Çatvoç (“Chatwatch”) adlanan mobil proqram Vatsap (“WhatsApp”) mesencerində kontaktların aktivliyini izləmənizə şərait yaradacaq. Belə ki, proqramın köməyilə dostlarınızın mesencerdən nə qədər aralıqda istifadə etməsi, eləcə də hansı müddət aralığında aktiv olduqları haqqında məlumat ala biləcəksiz.

Bundan başqa, istifadəçilər 2 və daha çox kontakların onlayn vaxtını müqayisə edə, onların bir-biri ilə ünsiyyətdə olub-olmadığını müəyyənləşdirə biləcək. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir.

İstifadəyə verilən proqram tamamilə qanunidir. İstifadəçilərin hüquqları qorunur. Bu mobil proqram Vatsap mesencerində ayarlardan deaktiv etdiyiniz “Son görünmə” (“Last Seen”) funksiyasında belə işləyir.

Sözügedən mobil proqram isə ödənişlidir: proqramçılar 1 həftə ərzində 2 kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Eyni zamanda Vatsap mesencerinin rəhbərliyi istədiyi zaman Çatvoç (“Chatwatch”) proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.

Share: