Vyetnamda tankerdə partlayış olub

Müstəqil.Az “Seanews.az” xəbər verir ki, hadisə gəmi “Ding Quat” limanına girmək üçün icazə gözləyərkən baş verib.

Partlayış zamanı heyət üzvlərindən 12 nəfər dənizə atılıb. Onlardan 11-i xilas edilsə də, 1 nəfər itkin düşüb.

Yanğın bir saat ərzində söndürülüb.

Müstəqil.Az

Share: