“Vücud ruhumuzun ömür yüküdür…”-Aysel Səfərli və Yetim Qacarın “Dostum”şeiri…

Müstəqil.Az şairə Aysel Xanlarqızı Səfərlinin və şair Yetim Qacarın “Dostum” şeirini təqdim edir:
 
Aysel Xanlarqizi Safarli
     “Dostum”
 
Yene sığınmısan təkliyə,dostum
Tənhalıq ürəyə artıq çəkidir.
Qəlbin əllərində yumruğa dönüb,
Vücud ruhumuzun ömür yüküdür.
 
Dünyanın sığalı yox çəksin bizə,
Zaman tələsdikcə biz geri düşdük.
Insanlıq mindikcə hey boynumuza,
Zalımın qurduğu torda ilişdik.
 
Gəl, aç kəndirini ümidlərinin,
Dostum,üzmə artıq arzularını.
Qurusun taleyin mürəkkəbi də,
Sevincə yazdırsın yazılarını.
………..
 
     Yetim Qacar.
      “Dostum”
Bəxtim öz üzünü döndərib məndən,
Qoyma dərd dostunu təkliyə dostum.
Qoymakı xoşbəxtlik boylana gendən,
Əzrayıl qulağın şəkliyə, dostum.
Mən xoşbəxt olmaram, özün bilirsən
Təkliyin tənhalıq halında əsla.
Dünyaya bir dəfə dostum, gəlirsən
Xoşbəxtlik gəzilmir alında əsla.
 
Dostum, kim nə desə vecinə alma,
Hər şeyin doqrusun sən məndən soruş.
Dostuma tək arzum, sən dostsuz qalma
Həyatdan küsəndə dostunla danış.
Müstəqil.Az
Share: