Volodimir Zelenski Berlinə səfər edib – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”də bildirib.

“Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik”, – deyə o, sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ukrayna Prezidentinin səfərinin proqramı hələlik bəlli olmasa da, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir.

 


Share: