Volkswagen Azərbaycan yeni hibrid avtomobilini təqdim edir

Volkswagen Azərbaycan bahar mövsümündə də yeni model, endirim, güzəşt kampaniyaları ilə avtomobil həvəskarlarını sevindirməkdə davam edir.

Öz komfortu, innovativ texniki imkanları ilə avtomobil sevərlərə yenicə təqdim edilən “Volkswagen TAYRON” plug-in” hibrid avtomobili maksimal qənaət imkanlarına malik olmaqla yanaşı, yolsuzsuzluq şəraitində də sizi ən çətin sınaqlardan uğurla çıxara biləcək yeni model krossoverdir.

Avtomobilə 2 il müddətinə (limitsiz yürüşlə) zəmanət verilir. Yeni model Volkswagen TAYRON plug-in” hibrid avtomobilini siz illik 11% – lik kredit və eyni zamanda sərfəli lizinq şərtləri ilə də əldə edə bilərsiniz. Hər zaman müştəri məmnuniyyətinə xüsusi önəm verən VOLKSWAGEN Azərbaycan öz müştərilərinə tələblərə uyğun barter şərtləri və Volkswagen servisində  avtomobillərin yüksək səviyyəli texniki servisini təklif edir.

Ən nəhayət,  VOLKSWAGEN Azərbaycandan sürücülərimizə yeni müjdə! Avtomobil sevərlərin sevimlisi, əngəl tanımayan yolsuzluq avtomobili “Volkswagen Touareg” yenidən bizimlədir! Artıq bu mövsümdən etibarən həmişə olduğu kimi zövqlü dizayn, rahat idarəetmə vəd edən və yolsuzluq şəraitinin qalibi hesab olunan bu avtomobili VOLKSWAGEN Azərbaycan avtomobil salonundan uyğun satış şərtləri əsasında rahatlıqla əldə edə bilərsiniz! Onu da qeyd etməliyik ki, şirkət öz müştərilərinə “Volkswagen Touareg” avtomobilini münasib qiymətlərlə yanaşı, 2 il müddətinə zəmanət (limitsiz yürüşlə) və illik 12% – lik sərfəli kredit, həmçinin məqbul lizinq və barter şərtləri ilə təklif edir. Texniki servis heyətinin yüksək ixtisaslı ustaları isə  hər zaman sizin xidmətinizdədir. VOLKSWAGEN Azərbaycan – Peşəkarların məkanı!

Əlaqə: *0999

Ünvan: Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi 29


Share: