Voleybol millimiz Avro-2023-ün final mərhələsində

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, D qrupunda mübarizə aparan Eldar Yusubovun baş məşqçisi olduğu yığma  səfərdə Avstriyanın qonağı olub. Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib. 

Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi Avro-2023-ün final mərhələsinə yüksəlib. 

Qeyd edək ki,  millimiz 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq.  


Share: