Vladivostok dəniz limanının kapitanı vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, bu barədə çərşənbə axşamı BHR-nin Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, o, iyun-iyul aylarında gəmi və heyət üçün təhlükə törədən aşkar edilmiş pozuntuları əks etdirən yoxlama aktının məhv edilməsi barədə gəmiyə baxış qrupunun baş dövlət müfəttişinə göstəriş verib və gəminin dəniz limanından çıxmasına mane olmayan saxta akt tərtib etməyi tapşırıb.

Kapitanın bu tələbi yerinə yetirilib.

Primorsk diyarı FSB əməkdaşlarının təqdim etdiyi materiallar əsasında Vladivostok dəniz limanının kapitanına Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə cinayət işi açılıb.

Share: