Dənizçi şair: “Uşaqlıq arzularım, xəyallarım məni gəmiyə gətirib çıxardı”

Həmsöhbətimiz bizə elə bir hekayə danışdı ki, hələ də təsirindən çıxa bilmirik. Elə yazını da, onun danışdığı hekayənin kiçik bir hissə ilə başlamaq istədik. 

Zığ limanında, 57- ci körpüdə “Şamaxı” gəmisindəyik. Kapitan Səfərovun gəmisində.

Hə, indi deyəcəksiniz ki, kapitanla söhbətə necə hekayə ilə başlamaq olar?

Faiq Balabəyli tək kapitan yox, həm də dünya ədəbiyyatını bilən, dənizlərə şer yazan şair, özü ədəbiyyat yaradan yazıçı, jurnalistdir.

“Şamaxı” gəmisinin kayutu, həm də kapitan kayutu…

Hə, indi deyəcəksiniz ki, kapitanla söhbətə necə hekayə ilə başlamaq olar?

Faiq Balabəyli tək kapitan yox, həm də dünya ədəbiyyatını bilən, dənizlərə şer yazan şair, özü ədəbiyyat yaradan yazıçı, jurnalistdir.

“Şamaxı” gəmisinin kayutu, həm də kapitan kayutu…

Faiq Səfərov

– Mənim kapitanı olduğum gəmi 7 min tonluq tankerdir.  Hazırda istismardadır və  təmizləyici stansiya kimi fəaliyyət göstərir. Bura da mənim kayutumdu. Burda son bir ildə düz 3 kitab yazmışam.

Faiq bəy öz kreslosunda əyləşir, bizə də yer göstərir. Rahat kayutdu. Yayın bu cırhacırında səp-sərin…

– Gəmiçilikdə belə bir qayda var ki, kimliyindən asılı olmayaraq kapitan kayutuna girərkən gəmiçiliyə hörmət mənasında onun kreslosunda heç vaxt oturulmaz. Hə, bir də kapitan gəmini hamıdan axırda tərk edir, yəqin eşitmisiniz. Yuxarıda kapitan körpüsü var. Gəmi oradan idarə olunur. Gəminin sükanı və xarici əlaqələr yaratmaq üçün telefon qovşaqları, dənizin dərinliyini  öyrənmək üçün exolot deyilən cihaz və digər zəruri aparatlar da orda yerləşir. Bəzi insanlar elə düşünür ki, gəminin idarə olunması asandı. Xeyir, gəminin öz yolları var. Gəmilər o yollardan çıxsa, müxtəlif qəzalar baş verə bilər, qaya onun altını deşə bilər və sair. Düzdü, belə hadisələr daha çox limana yaxın yerlərdə olur. Çünki orada dənizin səviyyəsi aşağıdı.

 

Faiq Balabəyli – gəlin onu ədəbi təxəllüsüylə çağıraq – Cəlilabad rayonunun Sabirabad kəndində doğulub, böyüyüb və dənizçi olub… Necə?

Faiq Balabəyli – gəlin onu ədəbi təxəllüsüylə çağıraq – Cəlilabad rayonunun Sabirabad kəndində doğulub, böyüyüb və dənizçi olub… Necə?
– Mən balaca olanda kənddə uşaqlarla uydurduğumuz oyunlar var idi. Kəndimizdə bir çay axırdı və çox dərin idi, indi quruyub. Uşaqlarla kağızlardan quş və gəmi düzəldirdik. Quş düzəldənlərin heç biri gedib təyyarəçi ola bilmədi. Mən isə gəmi düzəldib üzərinə də lövbər çəkirdim. Və gəmiçi oldum.  Uşaqlıq arzularım, xəyallarım məni gəmiyə gətirib çıxardı.
Vasif Süleyman mənim haqqımda “Mən dənizi qısqanıram” adlı bir yazı yazmışdı. Onda hələ gənc idim.
Deyir Faiq kağızdan gəmi düzəldərdi. Həmin gəmini də çaya buraxardı. Çaylar da sözsüz ki, üzü dənizə gəlir.
Ay gəmi, ay gəmi məni də apar.
Sən Allah ay əmi, məni də apar

Bax, mən o kağız gəminin arxasınca düşüb gəlib bura çıxdım…

Sonra gördüm ki, ən böyük dəniz mətbuatdı, yazmaqdı.  Və uzun müddət mətbuatda çalışdım. “Ədəbiyyat qəzeti”ndə, ondan əvvəl “Şimali Azərbaycan”da. Bir neçə qəzetin baş redaktoru oldum. İndi də Müstəqil.az saytının baş redaktoru və həm də gəmi kapitanıyam. Dənizdən, gəmidən heç vaxt uzaqlaşmadım. Mən mətbuatla dənizçiliyi paralel aparmışam.

Kapitan Balabəyli dənizçiliyə necə gəlməyindən söz açır…

– Mən dənizçilik məktəbini bitirdim. Əvvəlcə ixtisasım gəmi energetik qurğuların istismarı mühəndisi idi. Amma gördüm ki, gəmidə yeganə bir vəzifə var ki, o da kapitandı. Bütün heyət ona tabedi. Məsələn, gəmidə baş mexanik, ikinci, üçüncü mexanik, elektromexanik və sair var. Amma kapitan bir nəfərdi. Və mən də birinci olmaq istədim

Davam edir…
– Buna görə də, ikinci təhsili aldım. Gəmi sürücüsü oldum. Oranın bitirdikdən sonra tez bir zamanda kapitanın 3-cü, ikinci, böyük – baş  köməkçisi oldum. 40 yaşımdan sonra isə kapitan olaraq çalışdım. Gəminin maşın şöbəsi gəminin aşağı hissəsindədi. Gördüyün ancaq mexanizmlər olur. İşdən sonra göyərtəyə çıxanda hə, dənizi, uzaqlığı görmək olur. Şturmanlar isə həmişə göyərtədə olur, kapitan körpüsində. Ətrafı, dənizi, torpağı görürlər.
Sizə bir hekayə də danışım.
Demək, bir müəllim şagirdlərinə Kolumb haqqında danışır. Kolumbun Amerikanı kəşf etməyindən. uzun müddətin yorğunluğundan sonra dor ağacına çıxan matros torpağın gördüyünü deyir. Hər kəs sevinir. Amerika belə kəşf olunur.
Müəllim uşaqlardan soruşur ki, siz Kolumb olmaq istəyərdinizmi?
Uşağın biri deyir ki, yox, mən o torpaq deyə qışqıran matros olmaq istəyirəm.
Bir şeir oxuyum.
Dəniz elə həminkidi
Gah mülayim üzə gülər.
Gah da dönüb ölüm olar.
Bizi güdər. 
Dənizçidə dözüm gərək
Gözləri ilə ölümünə baxa bilsin
Ölümünə qalib gəlsin
Yıxa bilsin
Dənizçinin ömrü qısa, yolu uzun
Dənizçinin dili qısa, qolu uzun.
Dənizçiyə dalğaların arasından əl eləyər su pərisi
Dənizçiyə ad verərlər:  su dəlisi
Mavi sular, mavi gözdə gözəl olar.
Naz eləyər dənizçiyə 
mənim üçün əziz olub heç bilmirəm
dəniz niyə?

Bilirsiniz, dəniz bir növ xəstəlikdir. Çox dəhşətli xəstəlikdir. Dənizə vərdiş etməkdi. Tutaq ki, dənizdən kənara getdin. Dəniz üçün darıxanda dənizin yaxınlığına gəlsən, elə bil ki, özünü daha rahat hiss edirsən. Bu bir növ xəstəlikdir. Digər xəstəlik dəniz səni “tutur”, baş gicəllənmə, ürək bulanma olur. Birdə ki ən böyük dəniz xəstəliyi dənizsiz yaşamamaq. Yəni, bədənin dəmirə, suya, dənizin havasına elə uyğunlaşıb ki, gedirsən evində qalanda ağrılar hiss edirsən. Belə olanda mütləq həkim məsləhət görür ki, get, dəniz kənarında gəz.

Kapitan Faiq bəy də dənizdə təhlükələrlə üzləşib…

– “İsmət Qayıbov” gəmisində işləyəndə, Cilov adasına su aparırdıq. 1500-1600 ton. Həftədə iki dəfə. Bəzən külək sualtı axınla qumları limana tərəf gətirir. Gəmi yüklü olanda milə oturur. Bir dəfə də Neft Daşlarından suyu verib çıxanda, çox güclü küləyə düşdük. Gəmini yığışdıra bilmədik. Və biz sualtı qayaya çırpıldıq. Düzdü, deşilmə və hər hansı biz zədə olmadı.

Ucsuz-bucaqsız dənizdə isə gəmilər toqquşur, deyir kapitan…

– “Admiral Naximov” sərnişin gəmisi var idi. 1986-cı ildə Qara dənizdə “Pyotr Vasev” yük teploxodu ilə toqquşması nəticəsində 400-dən çox adam həlak olmuşdur. Mütəxəssislər deyirdi ki, 5 saniyə fərq etmişdi. O biri gəmi 5 saniyə geciksəydi, “Admiral Naximov”a sürtünərək keçərdi, çırpılmazdı .
Dənizlərdə xüsusi xətlər, kanallar var. Gəmilər o yollarla hərəkət edir. Məsələn, bir gəmi gəlir, digər gəmi ilə yollarında kəsişmə nöqtəsi yaranır. Xüsusi qaydalar var. Onlar işıq və yaxud da səs işarələri ilə bir-birilərindən yol istəməlidirlər. Bu qaydalara riayət olunmayanda qəza baş verir.

Həmsöhbətimiz deyir ki, bizim gəmiçilər çox peşəkardırlar.

– Bizim Xəzər Dəniz Neft Donanmasının xüsusi təyinatlı gəmiləri  dünyanın bütün sularında, okeanlarında neft istehsal olunan yerlərdə üzüb . Şotlandiyada, Norveçdə, Vyetnamda və sair . Bu dəqiqə də bizim azərbaycanlı dənizçilərimiz Qətərdə, Latın Amerikasında, Türkiyədə,  Dubayda, Əbu-Dabidə, Ərəbistanda körfəz ətrafında işləyirlər. Digər gəmiçilik şirkətlərindən bəzən dənizçilər gəlirlər bizim şirkətə deyirlər ki, dənizçi  pasportumuza “peçat” vurun ki, biz burda işləmişik. Bizim dənizçilərdən təcrübəsindən istifadə edirlər.  Bəli, bu sahədə Xəzər Dəniz Neft Dononması məktəbdir, brenddir. ASCO-nun tərkibində olan digər dononma, Dəniz Nəqliyyat Dononmasının ağır yük daşıyan bərə-paromları, tanker və quru yük gəmiləri hal -hazırda da dünya sularında yükdaşımalar həyat keçirir. Ümumilikdə keçmiş sovet dənizçiləri deyirdilər ki, Xəzərdə üzməyən dənizçi dənizçi deyil. Burda hava şəraiti çox müxtəlifdir. Bəzən külək şimaldan əsər, amma sualtı axın cənubdan. Dənizdə uzaqda hər hansı qaraltı varsa, onun kim və ya nə olduğunu təyin edə bilmirsənsə, bu sənin üçün artıq ən böyük  təhlükədir. Onu mütləq müəyyənləşdirməlisən  Bu, ağac parçası da, dəniz heyvanın ölüsü də ola bilər. Bütün hallarda əvvəlcədən nə olduğunu mütləq müəyyən etməlisən.

Qara dənizdə Su pərisi ilə söhbət etməyə başladım…

–  Qara dənizdəydim. Gəmi dayanıb lövbərdə, ayın haləsi düşür qaralan göy sulara. Bir yandan da qağayılar. Hər şey o qədər gözəldi ki…. Təkəm, evdən uzaqdayam. Hiss etdim ki, kimsə məni bizim dildə çağırır. Su da ləpələnir. Dalğalar dəyir gəminin gövdəsinə, şaq-şaq su səsi gəlir. Həmin vaxt mən xəyalımda canlandırdım ki, guya burda su pərisi var, məni çağırır. Deyir gəl çimək… Başladım bununla söhbət etməyə… Mən su pərisi haqqında hekayə də yazmışam.

Dənizçilərin məşhur içkisi Romdu deyirik. Bəs sizin?

– Axı əvvəllər bizim bazarda Rom yox idi. Gördüyümüz içki rus arağı idi. Dənizçi içkinin ən yaxşısını içir. Ən yaxşı geyimi geyinir. Dənizçilər xaricə gedirdilər bizim burda 200 manata aldığımız şalvarları xaricdə onlar alırdılar 4-5 dollara. Gətirirdilər onu da 80 -100 manata satırdılar. O vaxtı İçəri Şəhərdə bir mağaza var idi. Varlıların həyat yoldaşları, uşaqları orda gözləyirdilər ki, gəmilər səfərdən gəlsin. O paltarları, yaxud çeklər, valyutalarlı alsınlar mki, o dükandan bazarlıq edə bilsinlər. Əsasən də Kasparın dənizçilərindən.

Faiq Balabəyli həm də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir…

– Mən həm də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədriyəm. Polad Həşimov haqqında “Qarabağ müharibəsinin ilk qalib generalı” adlı kitab çıxartmışıq. Yazdıəm və 2000 tirajla dərc etdirdiyimiz  “Dənizçilərimiz Vətən müharibəsində” kitabı da Vətən müharibəsində və I Qarabağ savaşında şəhid və qazi olan Azərbaycan dənizçisi və dənizçi övladlarının döyüş yolundan bəhs edir.  Vətən müharibəsi zamanı oktyabrın 1-dən sonuna qədər məzuniyyətə çıxdım və cəbhəyə getdim. Döyüşçülərimizin arasında oldum, ordan reportajlar yazdım. Və dünyada üzən azərbaycanlı dənizçilərə “DSD” İB-nin sədri kimi müraciət etdim. Siz narahatsız, ölkədən uzaqdasınız və döyüşmək istəyirsiniz, bilirəm, amma dənizin okeanın ortasında olduğunuz üçün gələ bilmirsiniz. Əsgərlərimizə yardım lazımdır. Onlar da yardım etdilər.

Faiq bəy deyir dəniz onun həyatıdı, hər şeyidi. 
-Qocalanda da darıxmayacam, evim dənizə yaxındı, oğlum da dənizçiliyi seçdi. Nəvəmin adı da Dənizdi (gülür)
Bir hekayə var. Dənizçilər uzun səfərdən qayıdırlar. İçki məclisi olur məkanda . Bir qız da gəlib onlara qulluq edir. Qız bir oğlanın qonağı olur, ona qulluq edir romun, viskisin gətirir. Oğlan ona deyir ki, sən qəşəng qızsan. Buranı niyə seçdin? Qıza rəğbəti yaranır, söhbətləri alınır, başlayır qızı kənardakı adamlardan müdafiə etməyə. Qız deyir biz kasıb ailə idik. Mənim qardaşım getdi gəmiyə işləməyə. Mən də balaca idim. Sonra atam, anam öldü , tək qaldım. Qardaşımı gözləməyə başladım. Baxırdım limana çoxlu gəmilər gəlir. Bilmirdim qardaşım hansı gəmidə işləyir. Sonra öyrəndim ki, onların bəzən vaxtı olmur doğmalarını ziyarət etsinlər. Yükü boşaldıb gedirlər. Amma bura mütləq baş çəkirlər. Ona görə burda işlədim ki, qardaşımı tapa bilim. Sonra oğlan deyir mənim də bacım var idi.və hər biri öz keçmişindən danışır. Ən sonda da onlar bacı qardaş çıxırlar… Bu hekayə həmişə mənə təsir edir…

Həmsöhbətimiz bu hekayəni bizə danışa-danışa qalxdıq kapitanın gəmini idarə etdiyi yerə. Orda bizə gəminin gedəcəyi yolun xəritələrini göstərdi. Gəmi hansı ölkəyə gedirsə, ora çatana yaxın mütləq həmin ölkənin bayrağını qaldırmaq lazım olduğunu deyir.

Sonda isə “Şamaxı” da gəmiçilər üçün yemək hazırlanan mətbəxlə keçirik. İdeal bir mətbəx, peşəkar bir aşpaz. Bizi dənizçi yeməyinə də dəvət edir. Gələn dəfə deyirik. “Bəlkə bir səfərə də çıxdıq bir yerdə deyib, sağollaşırıq…

FOTO: İlkin Nəbiyev

Share: