Vladimir Zelenskinin inauqurasiyası…- Prezident and içir

Vladimir Zelenski Ukrayna prezidenti kimi and içərkən Ali Radanı vaxtından əvvəl buraxdığını bildirib.

MÜSTƏQİL.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, o həmçinin, Radanı deputatların toxunulmazlığının ləğvinə dair qanun qəbul etməyə çağırıb.

Prezident digər məsələlərdən danışarkən bəyan edib ki, Ukrayna ordusuna hörmət edilməsi üçün hər şey edəcək.

V.Zelenski ukraynalıları birliyə çağırıb. O deyib:

“Biz hamımız ukraynalıyıq. Çoxluq və azlıq, doğru və yanlış olanlar yoxdur. Ujqoroddan Luqanska, Çerniqovdan Simferopola qədərki ərazilərdə, Lvovda, Xarkovda, Donetskdə, Dneperdə, Odessada yaşayanlar hamısı ukraynalıdır və biz mütləq birləşməliyik. Çünki biz yalnız o zaman güclü oluruq”.

***

11:43

Kiyevdə Ukrayna prezidenti seçilmiş Vladimir Zelenskinin inauqurasiyası keçirilir.

Mərasim Kiyev vaxtı ilə 10:00-da (Bakı vaxtı ilə 11:00-da) başlayıb.

Ukrayna Konstitusiyasına uyğun olaraq, inauqurasiya Ali Radada keçirilir. Parlamentdə Zelenskini tərəfdarları qarşılayıb. Seçilmiş prezidet toplaşanlarla görüşmək üçün bir neçə dəqiqəliyə dayanıb və selfi çəkdirib.

Hazırda V.Zelenski mərasimdə nitq söyləyir.

İnauqurasiya mərasimi böyük ekranlarla parkların ərazisində nümayiş etdirilir.


Share: