VHP-nin Ali Məclisinin sədri Milli Şuradan istehfa verdi…

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istehfa verib.

Müstəqil.Az xəbər verir ki,  Rafiq Manaflı bu haqda öz Feysbuk səhifəsində yazıb:

“Dostlar bir daha deyirəm. Milli Şura hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.

Amma son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm”.
O,  bu mövzu ilə hər hansı suala cavab verməyəcəyəyini də açıqlayıb.

Qeyd edək ki, Rafiq Manaflı siyasi fəaliyyəti dövründə özünün konkret və mübariz fikirləri ilə tanınan siyasətçilərdəndir. O, həm də Milli Şuradan istehfa verən VHP- nin sonuncu namizədidir. Rafiq bəyin sonuncu  məlum  sıxışından sonra hücumlara məruz qalmasına görə bu addımı atdığı da deyilir.

Tural Balabəyli

Share: