VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

Partiyadan Müstəqil.Az-a verilən məlumata görə, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.

Müstəqil.Az
Share: