Vergilər Nazirliyinin 6 saylı ƏVİ-də baş verənlər niyə durdurulmur?

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin bir qrup əməkdaşları haqda redaksiyamızın elektron poçtuna tükürpədici faktlar daxil olmaqda davam edir.

Müstəqil.Az-ın dəyərli oxucularının diqqətinə onu da çatdırırıq ki, bir müddət yerlərdən redaksiyamıza ünvünlanan şikayət məktubları əsasında saytımızın əməkdaşları da araşdırma yazıları təqdim edir, zərərçəkmiş şəxslərin, yaxud müəyyən təzyiqlərlə üzləşmiş sahibkarların fikirlərinə geniş yer verirdi.

Onu da oxucularımızın diqqətinə çatdırmaq yerinə düşər ki, dəfələrlə Vergilər Nazirliyinin  adı çəkilən idarəsinin rəhbərliyində təmsil olunan vergi məmurlarına, haqlarında bəhs olunan neqativ xəbərlərlərlə bağlı müraciət olunub münasibət öyrənmək istəyimiz və sorumlarımız cavabsız qalırdı. Yazılanlar haqda fikirlərini bildirmək əvəzinə  6 saylı ƏVİ-nin rəhbərliyi idarənin daxilində olunan qanunsuzluqların redaksiyaya sızmasının qarşısını almaq üçün qanundan kənar hərəkətlərə rəvac verirdilər. Başda idarənin rəisi Ədalət Fərəcov, onun müavini, “Akula” ayamalı Namiq Bağırov, və idarənin məsul işçilərindən olan Nazim Tağıyev müxtəlif yollarla tərəfimizdən yayınlanan yazıların saxlanılması istiqamətində çabalar göstərib, redaksiyaya elçilər göndərirdilər.

Böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiya

Xatırladaq ki, saytımızda yayınlana ötən yazılarda (http://www.mustaqil.az/2018/06/04/mikayil-cabbarov-fazil-məmmədovun-is-prinsipini-təkrarlayir-arasdirma/ http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu, http://www.mustaqil.az/2018/06/11/fazil-məmmədov-və-mikayil-cabbarovun-vergilər-nazirliyi-kohnə-hamam-kohnə-tas, http://www.mustaqil.az/2018/06/23/sahibkarlar-mehriban-%C9%99liyevadan-kom%C9%99k-ist%C9%99dil%C9%99r/) adı çəkilən nazirliyin barəsində bəhs etdiyimiz vergi idarəsində baş verən hadisələr, əslində, böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiya olduğu bildirilirdi. Bildiyiniz kimi, belə iddia irəli sürməyə şikayətçilərin dediklərinə əsaslanaraq yazilmışdı.

Yuxarıda qeyd etdiyimiz kimi Vergilər Nazirliyinin 6 saylı ƏVİ haqda məlumatların redaksiyamızın poçtasına daxil olması səngimək bilmir. Yazılanlardan belə məlun olur ki, vergi idarələrində qanunsuz əməllərə rəvac verənlər artıq şəbəkələşmiş mütəşəkkil bir qrup kimi fəaliyyət göstərməkdədir.

“Ölkənin hüquq mühafizə orqanları qanunsuzluğa göz yumur”

Bu fikirlər də redaksiyaya ünvanlanan şikayət məktublarında xüsusi olaraq öz əksini tapmadadır: “Arxaları möhkəm olan bir qrup vergi məmurunun regionda törətdikləri qanunsuz əməlləri isə saymaqla bitmir”.

Maraqlı olan həm də odur ki, bu haqda dəfələrlə ölkə başçısına və birinci yitse-prezidentə müraciətlə olunsa da bir qrup vergi məmuru bildiklərini, baacardıqlarını etməkdə davan edirlər. Azərbaycan Respublikasının Vergilər Naziri Mikayıl Cabbarov da tabeçiliyində olanların əməllərinə qarşı heç bir reaksiya vermir. Ölkənin hüquq mühafizə orqanları da bu qanunsuzluğa göz yummadadır. Yerlərdən redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir: “ƏVİ əlaqədar idarələri tərəfindən aylığa otuzdurulub. Əks təqdirdə Respublika Prakuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi, daxili İşlər Nazirliyinin müvafiq qurumları və Prakurorluğun özü çoxda bu iyrənc əməlləri durdurardı”, – deyə yazılanlar adı çəkilən qurumların müafizəçisi kimi də təqdim olunur.

Redaksiyaya daxil olan məlumatlarda isə adı çəkilən hüquq-mühafizə orqanlarını hərəkətə gətirə biləcək çox mətləblərdən bəhs olunur:

“Ölkənin demək olar ki, tam təlabatı qədər əkin adı ilə Cəlilabad və Masallı rayonlarına toxumluq kartof gətirilir. 6 saylı Vergi idarəsinin başbilənləri satılmış kartofların guya ki, əkildiyini sübut edən arayılşları  Ərazi İcra orqanlarından alırlar. Arayışlar ona görə alınır ki, guya bu qədər  torpaq sahələrinə kartof əkilir”.

Müxbirimizin, bəs bu fırıldaq əməlləri törədənlər kimdir, – deyə sorumuna isə redaksiya ilə əlaqə saxlayan mənbə, ötən yazılarda adı hallanan vergi məmurlarının adını çəkir:

” Bu işlə Rauf İsgəndərov, Seyran Vəliyev, Eldəniz Kərəmov, Bəhruz Heydərov , Nicat Abduıllayev,Nazim Tağıyev və sözzsüz ki, “Akula” ayamalı Namik Bağırov  məşqul olur,- deyir”

Mənbə elektron poçtamıza göndərdiyi məktubda onu da vurğulayır ki, bu böyük bir cinayətkar qrupun əməlidir: “Əslində dövlətə ödəniləsi vergilər bunların cibinə axır. Bunu yoxlamaq üçün isə heç bir  cətin şey yoxdur. İstənilən kartof idxalçısının şəxsi işinə baxılsa bu “qara-qura” işlərin  aydın görünməsi diqqəti çəkər. Bunlarıın toxumluq adı ilə gətirdikləri kartof hər iki rayonun kənd təsərrüfatı məhsulları yetişdirilə biləcək yararlı torpaq sahələrindən qat-qat çoxdur”, – şikayət məktubunda yazılır.

Ərazi Vergi İdarəsinin əməkdaşların ödəyici qismində…

Mənbənin təbirincə desək, “məsələ ondadır ki, bu mütəşəkkil dəstənin qara boyalı əməlləri bununla bitmir”. Ötən yazılarda da qeyd etdiyimiz kimi, operativ nəzarət tədbirləri zamanı ödənişi dövlət büdcəsinə hər hansı ödəyici deyil, 6 saylı Ərazi Vergi İdarəsinin əməkdaşlarının özü  ödəyir. “Nəyə görə? Ona görə 6 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ödəyir ki, onlar vergi ödəyicisindən pulu alır müəyyən hissəsini özü üçün götürür, müəyyən hissəsini isə büdcəyə ödəyir. Bəhruz Heydərov konkret fakt üzrə 15.000 manat aldığı pulun ödəyici üçün yalnız  6.500 manat ödəniş edir. Həkim Ağayev adlı vergi məmuru isə ödəyicidən aldığı 5.000 manatın  ödəyici üçün 3.000 manatını, Nazim Tağıyev  7.000 aldığı ödəyici üçün isə 3.200 manat  ödənişi büdcəyə  ödəyiblər,- deyən mənbə onu da əlavə edir ki, xarici iqtisadi fəaliyyətlə məşqul olan ödəyicilərin adına Vergilər idarəsinin rəhbəri Ədalət Fərəcovun birbaşa rəhbərliyi və tapşığı ilə yerli  Ərazi İcra orqanları ilə əlbir olub yalançı obyektləri qeydiyyata alırlar ki bu da  Vergilərin sünü şəkildə  azaltması məqsədini güdür.  6 saylı Ərazi Vergilər idarəsi bu işə Ərazi İcra orqanlarını da qoşublar.Rayon İcra Hakimiyyəti Başçısının yerlərdəki numayəndələrndən (Ərazi İcra Hakimiyyəti Orqanlarından)  Xarici İqtisadi fəaliyyətlə məşqul olanların guya yerlərdə obyekti,(anbarları) var deyə arayışlar alırlar. Həmin arayışların hesabına ödəyicinin adına obyekt qeydiyyata qoyub, küllü miqdarda büdcəyə çatası məbləği mənimsəyirlər…
Araşdırmalarımız davam edir. Bizi izləyin.

Ötgün

P.S Müstəqil.Az olaraq qarşı tərəfin də münasibətini yayınlamağa hazırıq

 

 

Share: