“Vaxtiylə özümü öldürəndə, həqiqəti deyəndə hər kəs mənə bir don geyindirdi…”

Son vaxtlar insanlar arasında avaraçılığı, tüfeyli həyat tərzini, əxlaqsızlığı, narkotik maddələrdən istifadəni təbliğ edən mahnıların sayında nəzərəçarpacaq artım müşahdiə edilməkdədir. Bəs vəziyyətin bu həddə gəlib çatmasına səbəb nədir? Bu kimi halların nəticəsi ilə deyil, daha çox səbəbləri ilə mübarizə aparmaq, öncə bu səbəbləri müəyyən etmək daha doğru olmazmı?

Moderator.aza açıqlama verən xalq artisti Flora Kərimova mövcud vəziyyətin səbəbləinin göz qabağında olduğunu vurğuladı:

“Səbəblər göz qabağındadır. Onsuz da bunu hamı bilirdi. Sadəcə, bu səbəblərə əhəmiyyət verməyən insanlar var idi. Bu insanları isə cəmiyyət çoxdandır ki, qınayır. Cəmiyyət, xalqımız, dövlətimiz bu biabırçılıqlara öz münasibətini bildirirdi. Ancaq bu münasibətə fikir verən olmadı. Nəticədə, bu günə düşdük. Ancaq cəmiyyət hər zaman öz tələbini qoyur. Bu tələbə qulaq asan, eşidən, sayan tapılmadı. Nəticə etibari ilə belə bir mənzərə ilə qarşılaşdıq. Vaxtiylə mən özümü öldürəndə, həqiqəti deyəndə, hər kəs mənə bir don geyindirdi. Indi vəziyyət hansı yerdədir – özünüz görürsünüz”.

 

Müstəqil.Az

Share: