Vatikan və Oman arasında diplomatik əlaqələr qurulub

Vatikan və Oman Sultanlığı arasında diplomatik əlaqələr qurulub.

Bu barədə cümə axşamı Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.

“Müqəddəs Taxt-Tac və Oman Sultanlığı qarşılıqlı anlaşmanı təşviq etmək, dostluq və əməkdaşlığı daha da gücləndirmək arzusuyla, suveren bərabərlik, müstəqillik, ərazi bütövlüyü prinsiplərini rəhbər tutaraq, apostol nunsiyası (səfirliyə bərabərdir – red.) səviyyəsində diplomatik əlaqələr qurmaq qərarına gəliblər”, – Vatikanın bəyanatında deyilir.

Qeyd edək ki, hazırda Vatikanın 184 ölkə, eləcə də Avropa İttifaqı və Malta ordeni ilə diplomatik əlaqələri var. Şəhər – dövlət müxtəlif beynəlxalq təşkilatların üzvü və ya müşahidəçisi statusuna malikdir.

Mənbə: TASS

Share: