Vaşinqtonda təyyarə qəzası oldu — Ölən və yaralanan var

ABŞ-nin Vaşinqton ştatında iki nəfərlik təyyarə qəzaya uğrayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Seattle Times” məlumat yayıb.

Bildirilib ki, təyyarənin Sammamiş gölünə düşməsi nəticəsində bir nəfər ölüb, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin başvermə səbəbi araşdırılır.


Share: