“Vaşinqton dinc əhaliyə atəş açanların arxasında dayanır”

“Bryansk vilayətində törədilən terror aktına görə məsuliyyəti ABŞ rəhbərliyi daşıyır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

Onun sözlərinə görə, Amerika silahlarının hər partiyası ukraynalı əsgərlərin özlərini getdikcə daha icazəli hiss etməsinə səbəb olur.

“Vaşinqton dinc əhaliyə atəş açanların arxasında dayanır, yəni, bu vəhşiliklərə görə məsuliyyət daşıyır. Qurbanların qanı artıq ABŞ-nin əlindədir”, – deyə rusiyalı diplomat bildirib.


Share: