“Vaşinqton atəşi dərhal dayandırmağa çağırır”

“Vaşinqton Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırır”.

Müstəqil.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar barədə məlumatlardan dərin narahatdır. Biz Azərbaycan və Ermənistanı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” – bəyanatda qeyd olunur.

O, həmçinin qeyd edib ki, bu ərazidə münaqişənin hərbi yolla həlli ola bilməz.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Müstəqil.Az

Share: