“Vaqner” kəşfiyyat üçün Çindən 2 peyk alıb — KİV

“Vaqner” özəl hərbi şirkəti 2 peykin alınması ilə bağlı Çinin “Beijing Yunze Technology Co Ltd” şirkəti ilə müqavilə bağlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “AFP” yayıb.

Belə iddia olunur ki, “Vaqner” sözügedən peyklərlə çəkilən görüntüləri Ukraynadakı hərbi fəaliyyətlər və Afrikadakı əməliyyatlar zamanı kəşfiyyat məqsədi ilə istifadə edib. 

Agentliyin məlumatına görə, sözügedən müqavilə 2022-ci ilin noyabrında imzalanıb. Müqavilənin dəyəri hazırkı məzənnə ilə təqribən 33 milyon dollar olaraq qiymətləndirilir.


Share: