Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin təsisçilərindən biri, hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, 13 fevral 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin kollegiyasında Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi rəsmi olaraq qeydiyyatdan keçib və bununla bağlı şəhadətnamə verilib.

İctimai Birliyin sədri xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovadır.

Vaqif Səmədoğlu Mərkəzi xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi ilə bərabər, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirləri də gerçəkləşdirəcək.

 

Share: