Vaqif Mustafayev “Fəryad-2” filminin nə vaxt nümayiş ediləcəyini açıqladı

“Həyat, deyəsən, gözəldir” (Fəryad-2″) filmi noyabrda beynəlxalq festivalda təqdim olunacaq.

APA xəbər verir ki, bunu rejissor Vaqif Mustafayev “Şuşa söhbətləri” layihəsində çıxışı zamanı deyib.

O, filmin festivaldan sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb: “Film festivalda təqdim olunandan sonra artıq ictimaiyyətə də nümayiş ediləcək”.

Rejissor filmin çəkiliş prosesindən danışıb: “Filmin əsas hissələri Hadrutda, erməni səngərində çəkilib”.

Share: