Vaqif Bayatlının vəziyyəti ağırdır, Türkiyəyə gedir

Hazırda vəziyyətim çox pisdir. Çox danışa, ayaq üstə çox dayana bilmirəm. Allahın köməyi ilə hələ ki, çarpışıram, vuruşuram.

Bunu Kult.az-a açıqlamasında şair, əməkdar incəsənət xadimi Vaqif Bayatlı Önər deyib. Vaqif Bayatlı bildirib ki, səhhəti ilə bağlı müalicəsi davam edir:

“Bu yaxınlarda Türkiyəyə gedəcəyəm. Müalicəni orada davam etdirəcəyəm. Yaradıcılıqda yenilik isə təzə yazılan şeirlərdir. Sağlıq olsun, Türkiyədən qayıtdıqdan sonra çap etdirməyi düşünürəm. Vəziyyətə baxacam… Hər kəsə dua edirəm. Hər kəsi sevgi və sevindirmələr içində görmək istəyirəm. Sağ olun ki, məni unutmursunuz, yada salırsınız”.

 

 

Share: