Valeri Meladze vətəndaşlıqdan məhrum oluna bilər

Rusiya Federasiya Şurasının üzvü Yelena Afanasyeva Rusiya hakimiyyətini müğənni Valeri Meladzeni ölkə vətəndaşlığından məhrum etməyə çağırıb.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, şura üzvü öz teleqram kanalında bu təkliflə çıxış edib. Bu paylaşıma səbəb müğənninin Dubayda keçirdiyi Yeni il korporativ gecəsinə reaksiya olub. Şou zamanı Meladze Ukrayna millətçi şüarını dəstəkləyib.

“Bunun üçün Meladze titullardan yox, Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməlidir” – Afanasyeva yazıb.

Xatırladaq ki, bir müddət əvvəl yazıçı Zaxar Prilepin Qazmanov və Meladzenin Dubayda yeni il çıxışına münasibət bildirib.

Share: