Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 705 vaksin vurulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 405, ikinci doza üzrə 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 169-dur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27-dir.

 


Share: