Vaksinasiya ilə bağlı son rəqəmlər açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 259 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 207, ikinci doza üzrə 21 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 21 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfər təşkil edib.


Share: