Vaksin vurduranların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 161 nəfər vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 70, ikinci doza üzrə 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 49-dur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6-dır.


Share: