Vəziyyəti belə bilmirdik: xeyli könüllü itirdik – Axoyan

İlk günlərdə xeyli sayda könüllü itirdik. İrəvandan Qarabağa gələndə vəziyyətin bu qədər gərgin olduğunu bilmirdik.

Müstəqil.Az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Qarabağda separatçılarla birgə döyüşlərə qatılan politoloq Araqats Axoyan deyib. Birinci Qarabağ savaşında da döyüşlərdə iştirak etmiş Araqats Axoyan hazırda “S.Hovaz” könüllü batalyonunda döyüşdüyünü söyləyib:

“Keçmiş səhra komandiri Rüstəm Qasparyanın rəhbərliyi altında döyüşürük. Artıq batalyon son bir həftədə yenidən komplektləşdirildi. Çünki verdiyimiz itkilər bizi buna məcbur etdi. Könüllülər arasında önəmli döyüşçülər itirdik və buna görə hədsiz təəssüflənirəm”.

Tural

Share: